Bu ilin əvvəlindən etibarən yalnız yanvarda xarici valyutaya tələbin artması müşahidə olunub, ümumilikdə isə Azərbaycanın valyuta bazarında sabitlik qalır.

 

Bizimaz.az  Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, artan tələb həm nağd, həm də nağdsız valyuta üçün müşahidə olunub:

"Növbəti aylarda balans bərpa olunub. Dövlət Neft Fondu 140 milyon dollara qənaət edib".

E.Rüstəmov vurğulayıb ki, hazırda valyuta bazarında kəsir müşahidə olunmur.