Xəbər lenti


Payızın ilk günlərində bazara daxil olan alma bu il mövsümə ucuz qiymətlə start verib. Belə ki, adətən sentyabrın sonlarında kiloqramını 2 manatdan ucuz almadığımız bu meyvənin 5-6 kiloqramını 2,5 manata da əldə etmək olar. Bazardakı vəziyyət alıcıların cibini sevindirsə də, məhsulu əkib-becərən bağ sahiblərinin heç də ürəyincə olmayıb. Səbəblər isə çoxdur

.Bizimaz.az: Satıcılar vəziyyətdən razıdırlar

İlk əvvəl qiymətlərlə bağlı bazarda kiçik araşdırma apardıq. Satıcılar bu mövsümdə almanın bol və ucuz olduğunu dedilər:

"Hazırda bazarda Quba və Qusar bağlarından gətirilən məhsullardır. Almanın keyfiyyəti və növünə görə qiyməti 0.80-1.80 qəpik arasında dəyişir. Bir qədər aşağı keyfiyyətli məhsulun 5 kiloqramı isə 2.50 manatdır".

Öyrəndik ki, ötən il satış dəyəri 2.50-3 manat olan "Quba-smerinka" bu il 1.80 qəpikdir:

"Bazarda xarici növ alma yoxdur. Xarici almalar yanvarda bazara daxil olacaq. Bu il tək alma deyil, eləcə də armud da ucuzdur. Səbəb də əvvəlki illərlə müqayisədə son illər məhsul əkib-becərənlərin sayının artmasıdır".

Soyuducu saxlama kameraları dolub daşır

Nəzərə alsaq ki, adətən kənd təsərrüfatı məhsullarının bostandan alınma və istehlakçılara satışı dəyəri arasındakı fərq 200-600 faiz aralığında təşkil edir, almanın qapıdan satış qiyməti ilə də maraqlandıq. 

Bağbanlar bildirdilər ki, almanın kiloqramını qapıdan 0.30-0.35 qəpiyə satırlar. Amma bunun onlara sərf etməməsi bir tərəfə, alıcı da yoxdur.

Quba rayonunun Alekseyevka kəndindən olan alma bağının sahibi Yusif Norbalayev deyir ki, bu il məhsuldarlıq ötən illə müqayisədə həddən artıq bol olub:

"Lakin satış problemi yaşayırıq. Bütün iri ticarətçilər gözləmə mövqeyindədirlər. Bunun da səbəbi əsas bazarımız olan Rusiyada rublun dəyərinin ucuzlaşması, dolların baha olmasıdır. Ticarətçilər qazanclarının azalmasını gözə ala bilmirlər. Məsələn, əgər Rusiyada almanın satışından 10 000 dollar qazanırlarsa, Azərbaycanda həmin pul dəyər ifadəsində 9000-ə düşəcək".

Təsərrüfat sahibi deyir ki, məhsula tətbiq edilən əlavə dəyər vergisi səbəbindən xarici bazarlara birbaşa tədarük etmək bu gün onlara sərfəli deyil:

"Buna görə də məhsulu qapıdan ticarətçilərə satırıq və onlara möhtac vəziyyətindəyik. Ötən il vəziyyətimiz yaxşı idi. Mövsümün əvvəlində almanın satış qiyməti  0.60 qəpik, bir ay sonra isə 0.90 qəpik təşkil edirdi. Bu il almanı qapıdan 0.35 qəpiyə satırıq. Məhsuldarlıq o qədər çoxdur ki, soyuducu saxlama kameraları artıq dolub. Halbuki yığım mövsümü yeni başlayıb".

Y.Norbalayev bildirir ki,məhsulu 0.35 qəpikdən satsa da ziyanı böyük olmayacaq. Ancaq təki bu satışı reallaşdıra bilsin:

"Bu il bağdan 100 ton məhsul götürmüşəm. Ötən il bu rəqəm aşağı idi. Hektara 3000 manat xərc çəkmişəm. Məhsulu soyuducu saxlama kamerasında saxlamaq xərc tələb edir. Belə ki, soyuduculara almanın tonu aylıq 30-40 manata qəbul edilir. Əgər 100 ton məhsulun varsa bu, 3000 manat xərc deməkdir. Alıcı çıxana qədər məcburən məhsulumu soyuducuda saxlamalıyam".

Rublun dəyərdən düşməsi bizi pis vəziyyətə saldı

Quba rayonunun Amsarqışlaq kəndində alma bağının sahibi Azər İsayev deyir ki, məhsulunu "Meyvəli" bazarına aparıb, 0.15 qəpikdən təklif etsə də alıcı tapmayıb:

"Bakı bazarı bizə heç vaxt sərf etməyib. Bu mövsümdə isə paytaxt bazarlarında almadan bol heç nə yoxdur. 0.15 qəpikdən satış bizim heç dərmana çəkdiyimiz xərci ödəmir. Bağdan 15 ton məhsul yığmışam, 20 ton da yığılmalıdır. Saxlama kameraları artıq dolub. Rusiyada rublun dəyərdən düşməsi bizi çətin vəziyyətə saldı. Məhsullarımız qapıda qalıb. Alma təsərrüfatında heç vaxt belə böhran yaşanmamışdı. Bu il bütün fermerlər ziyandadırlar".

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov