Xəbər lenti

Avropa ABŞ-a qarşı yeni ödəniş sistemi yaradır
Avropa rəsmiləri ABŞ-dan və dollardan asılı olmayan yeni ödəniş sistemi yaratmağı müzakirə edirlər.
Bu barədə nüfuzlu “Bloomberg” agentliyi mlumat yayıb. 

bizimaz.az Agentlik bildirib ki, xüsusən də Almaniya və Fransa siyasətçiləri dollara alternativ ödəniş sisteminin yaradılasında olduqca maraqlıdırlar. Bu cür təşəbbüs Avropa İttifaqı biznesini Vaşinqtonun sanksiyalarından, xüsusən də ABŞ-ın Rusiya və İrana qarşı tətbiq etdiyi maliyyə-iqtisadi məhdudiyyətlərdən qorumağa yönəlib. 

“Bloomberg”in məlumatına görə, bu layihəyə Fransa və Almaniyanın mərkəzi bankları cəlb edilə bilər. Almaniyanın xarici işlər naziri Hayko Maas belə bir ideyanın mövcudluğunu təsdiq edib. 

Qeyd edək ki, ABŞ-ın açdığı ticarət savaşları və sanksiyalar siyasəti, o cümlədən milli valyutasından digər ölkələrə qarşı iqtisadi silah kimi istifadə etmək cəhdləri fonunda qlobal səviyyədə dollardan imtina çağırışları və təşəbbüsləri getdikcə çoxalır. İndiyədək Rusiya, Çin, İran və Türkiyə öz aralarındakı ticarət mübadiləsində dollardan imtina edib milli valyutaya keçəcəklərini bəyan ediblər. Artıq Avropa da beynəlxalq ödəmələrdə dollardan asılılığın azaldılmasının tərəfdarıdır. 

Analitiklərin fikrincə, ABŞ-ın dünya dövlətlərinə qarşı maliyyə-iqtisadi təzyiqləri sonda Vaşinqtonun özünə qarşı çevrilərək, petrodolların qlobal hegemonluq statusunun dəyişməsinə gətirib çıxara bilər. Artıq bir neçə ildir ki, BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) ölkələri dollara alternativ yeni qlobal maliyyə sisteminin yaradılmasına çalışırlar və bu istiqamətdə bütün mümkün fürsətləri dəyərləndirməyə cəhd edirlər. 
02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov