Xəbər lenti


Azərbaycan Respublikasının Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib.

 


Qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilir.


Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək  pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək.


Bizimaz.az bildirir ki, İqtisadiyyat Nazirliyindən Modern.az-a verilən məlumata görə, maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək:


“Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcək”.

 

Qeyd edilib ki, birinci mərhələ çərçivəsində maliyyə dəstəyi əldə etmiş vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur:

 

“Maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək. İndiyə qədər maliyyə dəstəyi almamış vergi ödəyiciləri də dəstək üçün müraciət edə bilərlər. Yeni müraciətlər avqust ayının 10-dək qəbul ediləcək”.

Həmçinin bildirilib ki, pandemiyanın biznesə təsirləri ilə bağlı avqustun 7-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun sahibkarlarla onlayn görüşü keçiriləcək:

 

“Görüşdə yeni şəraitdə biznesin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq, pandemiyanın sahibkarlığa mənfi təsirlərinin aradan qaldırılması yolları müzakirə ediləcək, özəl sektorun təklifləri dinləniləcək, sualları cavablandırılacaq.

Sahibkarlardan qeyd edilən məsələlər barədə təkliflərini 6 avqust saat 18:00-dək teklif@economy.gov.az elektron ünvanına göndərmələri xahiş olunur”.

10 Fevral 2025 Bu şəxslərin maaşına vergi güzəştləri edilir
06 Yanvar 2025 ƏDV yığanlara şad xəbər - Yeni sektor əlavə edildi
27 Dekabr 2024 Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi
05 Dekabr 2024 Bitkoinin qiyməti 100 min dolları keçdi
02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov