“Azərenerji” ASC-yə dövlət büdcəsindən 81,4 mln. manat vəsait ayrılacaq.
bizimaz.az Bu barədə 2018-ci ilin dəqiqləşdirilmiş büdcə layihəsinə istinadən xəbər verir.
Məlumata görə, həmin vəsait “Azərenerji”nin Finlandiyanın “Wartsila” şirkəti qarşısında yaranmış öhdəliyinə görə qalıq borcunun ödənilməsi üçün ayrılır.
Qeyd edək ki, “Wartsila” “Səngəçal” modul tipli elektrik stansiyası yaxınlığındakı sahədə tikintisi nəzərdə tutulan 385 meqavatlıq istilik elektrik stansiyası üçün avadanlıqların satın alınmasını həyata keçirib və bununla bağlı texniki dəstək göstərib.