Xəbər lenti

Bu günə qədər Cənub Qaz Dəhlizi (SGC) təşəbbüsünə 30,15 mlrd. ABŞ dolları vəsait ayrılıb ki, onun 8,85 mlrd. dollarını Azərbaycanın “Cənub Qaz Dəhlizi” QSC-si maliyyələşdirib.

bizimaz.az Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Avropada Mühafizəkarlar və İslahatçılar Alyansı jurnalının Bakıda keçirilən sammiti üçün hazırlanan xüsusi buraxılışına yazdığı məqalədə qeyd edib.

R.Abdullayevin sözlərinə görə, SGC Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyinin qorunmasında əsas rolu oynayacaq:

“Üç əsas seqment üzrə inşası davam edən layihə tamamlanmaq üzrədir. Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin isə təxminən 69%-i yekunlaşıb. Bu gün Azərbaycan investisiya cəlb edən ölkədən sərmayə yatıran dövlətə çevrilib. 24 il əvvəl Azərbaycan iqtisadiyyata, xüsusən də neft-qaz sektoruna investisiya cəlb etmək üçün cəhd edirdi. Amma hazırda Türkiyə, Gürcüstan, İsveçrə, Ukrayna, Rumıniya və başqa ölkələrində böyük həcmdə sərmayələri var”.

SOCAR prezidenti rəhbərlik etdiyi qurumun xarici ölkələrdəki investisiya fəaliyyətindən də danışıb:

“2008-ci ildən bəri “Petkim”in xalis gəliri 9,2 dəfə, bazar dəyəri isə 8,7 dəfə artıb. Hazırda illik emal gücü 10 mln. ton olan STAR Xam Neft Emalı Zavodunun qurulması prosesi gedir. Bu zavod “Petkim”i xam material olan yüngül və ağır nafta ilə təmin edəcək. Bu il biz SOCAR-ın 6 strateji layihəsini tamamlamağı planlaşdırırıq. Bu layihələr Azərbaycana əlavə xarici valyutanın axınını təmin edəcək və yeni iş yerlərinin yaradılması, həmçinin iqtisadiyyatın inkişafına şərait yaradacaq”.

R.Abdullayev son 15 ildə Azərbaycanda hasil edilən neft və qazın həcmini də açıqlayıb:

“Stabil hasilat səviyyəsinin saxlanılması və bəzi yataqlarda hasilatın artırılması ölkəmizin neft strategiyasının, əsrlərə söykənən təcrübəmizin, Azərbaycan neftçilərinin yaradıcılıq və qabiliyyətinin nəticəsidir. Cənab İlham Əliyevin prezidentliyi dövründə onun şah əsəri olan SOCAR 126,8 mln. ton neft, 92 mlrd. kubmetr qaz hasil edib”.

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov