PSJ klubunun sahibi, qətərli milyarder Nasir əl-Xəlaifi (Nasser el-Khelaifi) İngiltərənin "Lids Yunayted" klubunu almaq qərarına gəlib.


Bizimaz.az: BAKU.WS 
xəbər verir kii, bu barədə "The Sun" qəzeti yazıb. 

Nəşrin yazdığına əsasən, dünyanın ən varlı iş adamlarından olan 45 yaşlı ərəb şeyxi İngiltərədən klub almaqla futbol dünyasına təsirini artırmaq niyyətindədir. 

Qeyd edək ki, Nasir əl-Xəlaifi  PSJ- Brügge matçına "Lids Yunayted"in sahibi Andrea Radrizzanini dəvət edib. Həmin vaxt ona klubu almaq istəyini də bəyan edib. 

Baş məşqçisi Marselo Bielsa olan "Lids Yunayted" Premyer Liqaya çıxmaq üçün "Champion Ship"də mübarizə aparır və 3-cü yerdə qərarlaşıb.