Formula-1 üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib.
Birinci sərbəst yürüş zamanı “Red Bull”un pilotu Maks Ferstappenin idarə etdiyi bolid divara çırpılıb və sol qabaq təkərində problem yaranıb.
Onun bolidi trassdan evakuasiya olunub.
Qeyd edək ki, saat 13:00-da start götürən sərbəst yürüş saat 14:30-da başa çatacaq.