Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, bu dəyişikliklər 2 aprel 2018-ci il tarixdən etibarən qüvvəyə minəcək:
Maddə 21. Yarış vaxtı döşək rəhbərinin çağırışı ilə hakimlərin məsləhətləşməsi zamanı videotəkrara baxılmayacaq. Videotəkrara yalnız məşqçi tərəfindən etiraz edilərkən (challenge) baxılacaq.
Maddə 47.
- Yunan-Roma güləşində passiv xəbərdarlığı vermək üçün gözlənilən vaxt müddəti (2 dəq. 30 san.) ləğv edilib, passivliyə görə parter tətbiq edilməsi isə hər hissədə 1 dəfə olmaq şərtilə məhdudlaşdırılıb.
- Neqativ güləş adlandırılan (negative wrestling) və qaydalara zidd hərəkətlərə görə sərbəst güləşdə xəbərdarlıq + rəqibə 1 xal, yunan-Roma güləşində xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək.
Maddə 49. Güləşmədən qaçmağa (fleeing the hold) görə sərbəst güləşdə xəbərdarlıq + rəqibə 1 xal, yunan-Roma güləşində xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək.
Maddə 50. Xalçadan qaçma (fleeing the mat) da güləşmədən qaçma kimi dəyərləndiriləcək, ancaq təhlükəli vəziyyətdə xalçadan qaçmağa görə hər iki güləş növü üzrə xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək.
Maddə 52.
- Yunan-Roma güləşində hücum edən güləşçi ayaqdan istifadə edərsə, əvvəlcə şifahi xəbərdarlıq ediləcək, ikinci dəfə isə xəbərdarlıq + rəqibə 1 xal verilməklə qiymətləndiriləcək.
- Yunan-Roma güləşində müdafiə olunan güləşçi ayaqdan istifadə edərsə, əvvəlcə xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək, ikinci dəfə isə yarışdan kənarlaşdırılacaq və qələbə digər idmançıya veriləcək.
Maddə 53. Qəsdən kobud qayda pozuntusuna (brutality) yol verən güləşçi qırmızı kartla cəzalandırılacaq.