Bu il "Formula 1" Azərbaycan Qran-Prisi ilk dəfə olaraq aprelin 27-29-da keçiriləcək.
Ölkəmizdə 3-cü dəfə keçiriləcək mötəbər idman yarışına hazırlıq işlərinə başlanılıb. Ötən gün gənclər və idman naziri Azad Rəhimov bildirib ki, hazırlıq işlərinin 70 faizi tamamlanıb. Hazırda şəhərin küçə və prospektlərində işlər davam etdirilir.