“Neftçi”nin mərkəz yarımmüdafiəçisi Mamadu Kanenin dünən 22 yaşı tamam olub.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, komanda yoldaşları bu münasibətlə Antalyada qvineyalı futbolçunu təbrik ediblər.
Lakin təbrik qeyri-adi formada olub.
Belə ki, başda qapıçılar – Səlahət Ağayev və Aqil Məmmədov olmaqla, “Neftçi”nin futbolçuları kiçik tortu Mamadu Kanenin üzünə yaxıb.
Səbuhi MUSAYEV