Türkiyə Super Liqasının lideri "Başakşehir" "Sivasspor" klubundan məşhur futbolçu Robinyonu transfer edib.
Bizimaz.az bildirir ki, braziliyalı hücumçu ilə 1,5 illik müqavilə bağlanılıb. Rəsmi imzalama mərasimi kluba məxsus Fatih Terim stadionunda təşkil olunub.
Qeyd edək ki, Robinyo Braziliya yığmasında 114 oyuna 33 qol vurub. 35 yaşlı forvard karyerası ərzində İtaliya "Milan"ı, İngiltərə "Mançester Siti"si və İspaniya "Real Madrid"i kimi məşhur klublarda da forma geyinib. O, ümumilikdə, klub səviyyəsində 464 oyuna 125 qol və 83 məhsuldar ötürmə ilə yadda qalıb. Superliqada 17 turdan sonra "Başakşehir" 35 xalla 1-ci pillədə qərarlaşıb.