UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.
Bizimaz.az xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən tədbirdə qrup mərhələsini ilk 2 pillədə başa vuran 24 komandanın və yarışa Çempionlar Liqasında qrup üçüncüsü olmaqla qoşulan 8 kollektivin rəqibəri bəlli olub.
“Viktoriya” (Plzen, Çexiya) – “Dinamo” (Zaqreb, Xorvatiya)
“Brügge” (Belçika) – “Zaltsburq” (Avstriya)
“Rapid” (Avstriya) – “İnter” (İtaliya)
“Slaviya” (Praqa, Çexiya) – “Genk” (Belçika)
“Krasnodar” (Rusiya) – “Bayer” (Almaniya)
“Sürix” (İsveçrə) – “Napoli” (İtaliya)
“Malmö” (İsveç) – “Çelsi” (İngiltərə)
“Şaxtyor” (Ukrayna) – “Ayntraxt” (Almaniya)
“Seltik” (Şotlandiya) – “Valensiya” (İspaniya)
“Renn” (Fransa) – “Betis” (İspaniya)
“Olimpiakos” (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna)
“Latsio” (İtaliya) – “Sevilya” (İspaniya)
“Fənərbağça” (Türkiyə) – “Zenit” (Rusiya)
“Sportinq” (Portuqaliya) – “Vilyarreal” (İspaniya)
BATE (Belarus) – “Arsenal” (İngiltərə)
“Qalatasaray” (Türkiyə) – “Benfika” (Portuqaliya)
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 1/16 finalın ilk oyunları fevarlın 14-də, cavab görüşləri isə bir həftə sonra olacaq. Avropa Liqasının final matçı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.