Antalyanın Belek bölgəsində yağmış qar “Qarabağ”ın planında dəyişikliyə səbəb olub.
Bununla bağlı klub məlumat yayıb.
Bildirilib ki, Çexiyanın “Bohemians” klubu ilə 12:00-da start götürməli olan yoxlama oyunu meydanın qardan təmizlənməsində yaşanan çətinliyə görə ləngiyir.
Qeyd edilib ki, oyunun başlama vaxtı dəqiqləşən kimi məlumat veriləcək.
Xatırladaq ki, “Qarabağ” bu gün ikinci yoxlama matçında saat 18:00-da Polşanın “Visla Krakov” klubu ilə qarşılaşacaq.