“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan milli komandasında yerli məşqçilərin işləməsinin tərəfdarı olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, “Sportinfo TV”yə danışan mütəxəssis yalnız vətənpərvər məşqçilərin yığmalarda çalışmalı olduğunu deyib:
“Ümumiyyətlə, bütün yaş qruplarından ibarət millilərdə yerli mütəxəssislərin işləməsinin tərəfdarıyam. Vətənpərvər insanın millidə olması vacib amildir. Bizim istedadlı məşqçilərimiz var və onların böyüməsi üçün şərait yaradılmalıdır. Kimin baş məşqçi ola biləcəyinə gəlincə, bu masa arxasında oturub danışılmalıdır. Bizim bir neçə məşqçimiz var ki, orda yaxşı iş görərlər”.
https://youtu.be/r-S2Jo1J2ek