Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında son iki sərbəst güləşçimiz mübarizəyə qoşulacaq.
Bizimaz.az bildirir ki, bunlar Tokio Olimpiadasının iştirakçısı, 23 yaşadək idmançılar arasında dünya, gənclərdə ikiqat Avropa, yeniyetmələrdə dünya və Avropa çempionu Turan Bayramovla İslam İlyasovdur.
70 kq
1/8 final Turan Bayramov – Zaur Efendiyev (Serbiya)/Adam Batirov (Belarus)
97 kq
1/8 final İslam İlyasov – Aleksandr Quşin (Belarus)
Qeyd edək ki, bu gün sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) da bürünc medal görüşünə çıxacaq. Dağıstan əsilli güləşçimiz Hyeok-beom Qvon (Koreya) – Ömərhacı Məhəmmədov (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, daha əvvəl Əbubəkr Abakarov (86 kq) dünya çempionatında Azərbaycana ilk medalı qazandırıb. Dağıstan əsilli idmançı bürünc medal əldə edib.
istinad