Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir qızıl medal qazanıb.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, üzgüçü Roman Saley oyunlarda ikinci qızıl medalını əldə edib.
O, 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 1-ci yerə çıxıb.
Xatırladaq ki, R. Saley daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal əldə edib. Bu, Azərbaycan millisinin Tokio-2020-də 14-cü medalıdır.