Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında daha bir idmançımız finala vəsiqə qazanıb.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, bu, üzgüçümüz Roman Saleydir.
O, 100 metr məsafəyə sərbəst üsulla üzmədə 53.89 saniyə nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb. İdmançımızın final yarışı Bakı vaxtı ilə saat 12:21-dən etibarən start götürəcək.
Qeyd edək ki, Roman Saley daha əvvəl 100 metr məsafəyə üzgüçülük yarışlarında Paralimpiya çempionu adını qazanıb. Daha sonra 50 metr məsafəyə sərbəst üsulla üzmədə özünü yoxlasa da, onun bürünc medal qazanmasına rəqibindən iki santisaniyə geri qalması mane olub.