Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında atletikada üç idmançımız final mərhələsinə vəsiqə qazanıb.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, bunlar 100 metr məsafəyə qaçışda iştirak edən sprinterlərimiz – Lamiyə Vəliyeva (T13), Yelena Çebanu (T13) və Yuliya Yanovskayadır (T13).
Lamiyə 12:09, Çebanu 12:16 və Yanovskaya 12:41 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb. İlk iki idmançımız finişə birinci, Yanovskaya üçüncü çatıb.
Qeyd edək ki, final Bakı vaxtı ilə saat 15:10-dan etibarən start götürəcək.