Azərbaycanın daha iki təmsilçisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

 

Bizimaz.az xəbər verir ki, Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyub.

Həmçinin kişilər arasında -60 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz finaldakı Vüqar Şirinli rəqibi Anuar Sarıyevi məğlub edərək bu oyunların növbəti qızıl medalını qazanıb.

Qeyd edək ki, daha əvvəl paracüdoçu Şəhanə Hacıyeva (48 kq) paralimpiya çempionu olub.