Bu gün Tokio Olimpiadasında Azərbaycana iki gümüş medal qazandıran karate millimizin üzvləri Bakıya qayıdıb.
Bizimaz.az bildirir ki, Heydər Əliyev Hava Limanında karateçiləri çoxlu sayda azarkeşlər, karate ictimaiyyətinin nümayəndələri qarşılayıb.
Qeyd edək ki, Rafael Ağayev (-75 kq) və İrina Zaretskaya (+61 kq) gümüş medal qazanıblar.
oxu.az