Azərbaycan güləşçisi Hacı Əliyev Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, 65 kq çəkidə mübarizə aparan idmançımız 1/8 finalda seneqallı Adama Diatta ilə qarşılaşıb.
O, bu görüşdə 4:0 hesablı qələbə qazanıb.
Hacı Əliyev (-65 kq) 1/4 finalda 3 qat Asiya çempionu Daulet Niyazbekov ilə qarşılaşacaq.
***
Hacı Əliyev Daulet Niyazbəkov üzərində 9:1 hesablı qələbə qazanaraq yarımfinala çıxıb. O, yarımfinalda hindistanlı Bacranq Bacranqla güləşəcək.
***
Hacı Əliyev Bacranq Bacranqa 11:5 hesabı ilə qalib gələrək finala çıxıb. Bu Azərbaycan Olimpiya yığmasının Tokio-2020-də ilk finalıdır.