Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan “Chessable Masters”də 1/4 finalın digər görüşləri baş tutacaq.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu mərhələdə Levon Aronyanla (Ermənistan) cavab görüşünə çıxacaq.
Məşhur qrossmeysterimiz ilk oyun günündə rəqibinə 0,5:2,5 hesabı ilə uduzub.
Məmmədyarov bu gün rəqibinə qalib gəlsə, tay-breyk (üçüncü görüş) oynanılacaq.