İtaliya yığması penalti seriyasında qalib gələrək Avropa çempionu olub.
***
İtaliya yığması matçın 66-cı dəqiqəsində Leonardo Bonuççi ilə hesabı bərabərləşdirib.
***11.07.2021 23.06
İngiltərə yığması Lyuk Şou ilə hesabı açdı.
***23.01
Bu gün futbol üzrə Avropa çempionatının, qısaca desək, AVRO 2020-nin finalıdır.
Bizimaz.az xəbər verir ki, İtaliya və İngiltərə milli komandaları tarix ərzində rəsmi və yoldaşlıq matçlarında nə az, nə çox - 27 dəfə qarşılaşıblar. Bu görüşlərin 11-də apenninlilər, 8-də isə britaniyalılar qələbəyə sevinən tərəf olublar. Komandalar arasındakı 8 qarşılaşma isə “sülh”lə yekunlaşıb. 88 illik əzəli rəqabətdə baş tutan 27 matçda 70 qol qeydə alınıb və hərəyə 35 top vuran rəqiblər bu göstəricidə biri-birini üstələyə bilməyib.
İlk və son oyunlar: yoxlama matçı olub
İtaliya və İngiltərə milliləri ilk dəfə 1933-cü ilin 13 mayında Romada üz-üzə gəliblər. Roma Olimpiya Stadionunda 50 min azarkeşin izlədiyi həmin yoldaşlıq oyunu 1:1 hesabı ilə yekunlaşıb. Tərəflər arasındakı son qarşılaşma isə 2018-ci ilin 27 martına təsadüf edib. Londonda baş tutan görüş yoxlama xarakteri daşıyıb və eyni hesabla yekunlaşıb – 1:1.