Türkiyə millisinin kapitanı və əsas qol ümidi Burak Yılmaz ötən gün Bakıda Avro-2020-nin üçüncü turunda İsveçrəyə uduzduqları (1:3) oyundan danışıb.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, məşhur forvard ölkəsinin mətbuatına açıqlamasında bunları deyib: “Belə olmamalı idi. Bu cür oynamamalı idik. Hamıdan üzr istəyirik. Ölkəmizi layiqincə təmsil etmədik. Çox kədərləndik".
Qeyd edək ki, Türkiyə qrup sonuncusu kimi və xal qazanmadan yarışda mübarizəni dayandırıb.