Bu gün gecə saatlarında “AFC Fight Nights”in yüngül çəki üzrə kəmərinin sahibi Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvadan Bakıya qayıdıb.
“Baku TV”nin əməkdaşı Nərimanı və onun şəxsi məşqçisi Şəhriyar Abbasovu hava limanında qarşılayıb.
N.Abbasov qazandığı qələbəni şəhidlərimizə həsr edib.
Qeyd edək ki, Nəriman Abbasov yuxarı çəkidə bu yarışmanın çempionu olmuş, dağıstanlı Şamil Əmirova üçüncü raundda texniki nokautla qalib gəlib. Bu qələbə ilə o, ikinci dəfə qazandığı kəməri müdafiə edə bilib.