İtaliya Futbol Federasiyası AVRO-2020 çərçivəsində Romada keçiriləcək oyunlara izləyicilərin buraxılacağı barədə qərar qəbul edib.
“Haber Global”ın məlumatına görə, bunu federasiya rəhbəri Qabriel Qravina bildirib.
Onun sözlərinə görə, ölkənin Səhiyyə Naziriliyinin rəyi əsasında hökumət matçlara tamaşaçıların buraxılmasına icazə verib.
Qeyd edək ki, AVRO-2020 çərçivəsində İtaliya ilə Türkiyə yığmaları arasında keçiriləcək qarşılaşma iyunun 11-nə təsadüf edəcək və turnirin açılış oyunu olacaq.
Bununla yanaşı, Roma Olimpiya Stadionu A qrupunun iki oyunu və 1/4 final matçı olmaqla, daha üç qarşılaşmaya ev sahibliyi edəcək.