İspaniyanın “Valensiya” klubunun futbolçusu Mişi Batşuayi rekorda imza atıb.
BizimAz.az: İspaniya La Liqasının VI turunda “Selta” ilə görüşündə fərqlənən 25 yaşlı hücumçu bununla da XXI əsrdə Avropanın 4 böyük liqasında qol vuran ilk oyunçu olub.
Eyni zamanda bu, mövsümün əvvəlində İngiltərənin “Çelsi” klubundan “Valensiya”ya icarə əsasında keçən belçikalı forvardın İspaniya təmsilçinin heyətindəki ilk qolu olub.
Batşuayi daha əvvəl "Çelsi", Almaniyanın “Borrussiya” (Dortmund) və Fransanın “Marsel” komandalarının heyətində fərqlənməyi bacarıb.
“Selta” ilə görüşdə qalib müəyyənləşməyib - 1:1. Qonaqların heyətində 82-ci dəqiqədə Yaqo Aspas fərlənib.