Bizimaz.az: xarici
KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl yayılan xəbərlərlə "Çelsi"nin 2 milyard funt-sterlinqə satışa çıxarıldığı bildirilirdi.
“Bloomberq” agentliyinin məlumatına əsasən, Abramoviç klubu 3 milyarddan ucuz satmaq niyyətində deyil.
Britaniyanın ən varlı vətəndaşı olan Cim Redklif Abramoviçə 2 milyard funt-sterlinq təklif etsə də, o, bundan imtina etdib.
Qeyd edək ki, Roman Abramoviç “Çelsi”ni 2003-cü ildə Ken Batesdən 140 milyon funt-sterlinqə alıb. Onun böyük yatırımlarından sonra
London təmsilçisi 50 ildən sonra Premyer Liqanın, tarixində ilk dəfə isə
Çempionlar Liqasının qalibi olub.