Avropa Liqasının V turunda keçiriləcək “Qarabağ” – “Makkabi” (İsrail) matçının yeri müəyyənləşib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Azərbaycan çempionunun bu oyunu da Türkiyədə baş tutacaq.
UEFA dekabrın 3-dəki görüşün İstanbulda keçirilməsini qərara alıb. Qrupda “Vilyarreal” (İspaniya) və “Sivasspor”u (Türkiyə) “Başakşəhər Fatih Terim” stadionunda qəbul edən Qurban Qurbanovun yetirmələri Təl-Əviv təmsilçisi ilə də bu arenada üz-üzə gələcək.
Qeyd edək ki, dekabrın 3-də keçiriləcək “Qarabağ” – “Makkabi” oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq.