Bizimaz.az Azərbaycan Respublikasının
Prezidenti
İlham Əliyev və ailə üzvləri yarımfinal qarşılaşmasına baxıblar.
Yetmiş üç kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov yarımfinalda Yaponiya idmançısı, dünya çempionu Soiçi Haşimotoya məğlub olub. O, bürünc medal uğrunda Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirlə qarşılaşacaq.
Qeyd edək ki, 2013-cü və 2014-cü illərdə yeniyetmələr arasında
Avropa çempionu olan Hidayət Heydərov 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən gənc cüdoçuların dünya çempionatında bürünc medal qazanıb. O, 2017-ci ildə "
Bakı-2017" IV
İslamHəmrəyliyi Oyunlarının qalibi olub, həmçinin
Avropa çempionu adını qazanaraq qitənin "Ən yaxşı gənc cüdoçu”su xüsusi mükafatına da layiq görülüb.