Avroliqanın 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray” Bakıya gəlib.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, “aslan”ları gətirən təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Qeyd edək ki, "Neftçi" - "Qalatasaray" oyunu sentyabrın 17-də Bakı Olimpiya Stadionunda, saat 20:00-da başlanacaq.