Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəyi matçın hazırlıqlarını davam etdirir.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, İstanbul təmsilçisi Bakıya gəlməmişdən öncəki son məşqlərini həyata keçirir. 

Fatih Terim öndərliyində məşqlər keçirən "Cimbom" sabah əsas heyətlə Bakının yolunu tutacaq. 

Qeyd edək ki, "Neftçi" - "Qalatasaray" oyunu sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qarşılaşma saat 20:00-da başlayacaq.

 
BAKU.WS
QALEREYA