İtaliyanın “İnter” klubu argentinalı Lionel Messini transfer edə bilər.

 

bizimaz.az  Kriştianu Ronaldunun “Yuventus”a transferindən sonra Milan klubu İtaliyada rəqabətə davam gətirmək üçün argentinalı ulduzu heyətinə qatmaq istəyir.

Klubun 0.37 faiz səhmlərinə malik olan “Pirelli” şirkətinin baş direktoru Tronketti Provera da Messinin transferini istədiklərini bildirib:

“Messi kimi futbolçuya necə yox deyəsən?! Ümid edirəm ki, “Saninq Qrup” (“İnter”in 68,55 faiz səhmlərinə malik Çin şirkəti) bu yüksək transferi həyata keçirə biləcək”.

Qeyd edək ki, Lionel Messinin İspaniyanın “Barselona” klubundan ayrılması üçün qarşı tərəf 700 milyon avrosundan keçməlidir.