Koronavirusa yoluxan Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim evə buraxılıb.
Bizimaz.az CNN Türk-ə istinadən xəbər verir ki, 66 yaşlı məşqçinin müalicəsinin yaxşı getdiyi və bu səbəbdən müalicənin davamının evdə aparılacağı bildirilib.
Qeyd edək ki, Fatih Terim 23 martdan etibarən koronavirusa qarşı müalicə alır.