"Qalatasaray"ın baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.

 

Bizimaz.az xəbər verir ki, bu barədə baş məşqçi sosial şəbəkədə özü yazıb. 

Terim testlərin müsbət nəticə verdiyini və koronavirusa yoluxduğunu söyləyib:

"Xəstəxanada etibarlı əllərdəyəm. Narahat olmayın. Ən qısa müddətdə xəbərləşmək ümidi ilə".

Qeyd edək ki, "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak da koronavirusa yoluxub.