Türkiyənin “Başakşəhər” klubunun futbolçusu Arda Turan mövsümün sonunda “Qalatasaray” klubuna qayıda bilər.
“CNN Türk” xəbər verir ki, “Başakşəhər” icarə müqaviləsi mövsümün sonunda başa çatan futbolçu ilə yeni müqavilə bağlamağa hazırlaşmır.
Məlumata görə, Arda Turanın üzünə “Barselona”nın da qapıları bağlanıb. Katalon klubu da türk futbolçunun xidmətində maraqlı deyil.
Belə olan halda “Qalatasaray” - “Başakşəhər” qarşılaşmasında Arda Turanın Fatih Terimin əlini öpməsindən sonra futbolçunun doğma klubuna qayıdacağı iddiaları güclənib. Bir sıra mətbuat orqanları Ardanın yanvarda İstanbul nəhənginə qayıdacağını qeyd edib.
Arda Turanın həmçinin yaxınlarına “Qalatasaray”dan təklif gələcəyi halda boş müqaviləyə imza atacağını söylədiyi bildirilir.