Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Rusiya Federasiyasının Tıva Respublikasında keçiriləcək növbəti iclasında iştirak edəcək.
bizimaz.az MN-dən verilən məlumata görə, iyunun 5-dən 7-dək Tıva Respublikasının Kızıl şəhərində keçiriləcək iclasda quruma üzv ölkələrin müdafiə nazirləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini müzakirə edəcəklər.