İsrail aviasiyası Bağdad yaxınlığında içərisində İrana məxsus raketlərin olduğu “Əşrəf” hərbi bazasını vurub.
Bizimaz.az : Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Şarkul Əvsət” qəzeti məlumat yayıb.
Bombardman zamanı İranın iki hərbi mütəxəssisi həlak olub.
İran tərəfi isə məlumatı təkzib edib. “Həşdi-Şabi” komandirlərindən olan Talib əl-Musəvi “Fars”agentliyinə açıqlamasında həmin bazadakı sursatların bəzilərini özlərinin partlatdıqlarını deyib.
Onun sözlərinə görə, baza ətrafında müşahidə olunacaq istənilən naməlum aviasiya vasitəsi vurulacaq.