İngiltərədə aparılan son araşdırmalar enerji içkilərinin gənclər arasında artan istehlakının ciddi sağlamlıq riskləri yaratdığını ortaya qoyub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə, uşaqlar və yeniyetmələr arasında daha çox qəbul edilən enerji içkiləri, insan oranizmində ürək-damar sistemi, böyrəklər və psixi sağlamlıqla bağlı ciddi problemlərin yaranması ilə əlaqələndirilir.
Sağlamlıq mütəxəssisləri bu məhsulların həm fiziki, həm də psixoloji sağlamlığa mənfi təsirlərinə diqqət çəkir.
Bildirilir ki, enerji içkiləri əsasən diqqəti və ayıqlığı artırmaq məqsədilə istifadə olunsa da, tərkibində olan yüksək miqdarda kofein və şəkər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Gülşad