Xəbər lenti




2017-ci ilin yanvar ayından 30 noyabr tarixinədək Ermənistan və işğal edilmiş Dağlıq Qarabağ ərazisində dislokasiya olunan qanunsuz erməni hərbi birləşmələrinin tərkibində 58 ölüm hadisəsi baş verib.

Bizimaz. az Ordu.az-a istinadən xəbər verir ki, 2017-ci ilin noyabr ayı ərzində 6 ölüm hadisəsi qeydə alınıb. Ermənistan rəsmi orqanları baş verən ölüm hadisələrinin hamısını qeyri-döyüş itkiləri kimi təqdim edir. 3 hərbi qulluqçunun isə müxtəlif şəraitdə yaralandığı bildirilir.

Qeyri döyüş itkiləri:

- 4 noyabrda işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrin birində tank əleyhinə minanın partlaması nəticəsində 1997-ci il təvəllüdlü Hrant Xaçaturi Manqasaryan ölüb;

- 21 noyabrda işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrin birində mina partlaması nəticəsində 1995-ci il təvəllüdlü leytenant Qeğam Koryuni Zakaryan ölüb;

- 21 noyabrda işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrin birində mina partlaması nəticəsində 1998-ci il təvəllüdlü Sarkis Qurqeni Abrahamyan ölüb;

- 21 noyabrda işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrədən birində mina partlaması nəticəsində 1997-ci il təvəllüdlü Sarkis Mheri Məlikyan ölüb;

- 22 noyabrda Sünik vilayəti ərazisində avtomobil qəzası nəticəsində 1993-cü il təvəllüdlü Tatul Tadevosyan ölüb;

- 24 noyabrda Vanadzor ərazisindəki hərbi birləşmələrədən birində qəfl ürək tutması nəticəsində 1981-ci il təvəllüdlü Qarnik Petrosyan ölüb.

Yaralılar:

- 4 noyabrda işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrin birində tank əleyhinə minanın partlaması nəticəsində Qevorq Vladislavi Hyusnunts yaralanıb;

- 4 noyabrda işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrin birində tank əleyhinə minanın partlaması nəticəsində Sergey Sevadayi Alumyan yaralanıb;

- 21 noyabrda işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrədən birində minanın partlaması nəticəsində 1998-ci il təvəllüdlü Narek Hayki Hoveyan yaralanıb;

Ümumiyyətlə, 2017-ci ilin 1 yanvar tarixindən 30 noyabr tarixinədək erməni ordusunun 58 hərbi qulluqçusunun öldüyü haqqında rəsmi məlumat verilib.



Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə erməni silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, erməni hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov