Xəbər lenti

7 ölkədən İŞĞAL CƏHDİ: türk döyüş gəmiləri icazə vermədi
 Kiprin yunan hissəsi ilə razılaşaraq adanın qərbində təbii qaz axtarışları aparan İtaliya, Fransa, İngiltərə, Almaniya və Malta bayraqlı 7 gəmi Türkiyənin döyüş gəmiləri tərəfindən bölgədən uzaqlaşdırılıb.

Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşri yazıb.

Nəşr qeyd edir ki, Türkiyənin Dəniz Qüvvələri Komandanlığı Şərqi Aralıq dənizinin enerji bölgələrində işğallara icazə vermir.

Qeyd edək ki, Cənubi Kipr Şərqi Aralıq dənizini Şimali Kipr Türk Cümhuriyyətinin ətrafı da daxil olmaqla 13 ayrı bölgəyə bölərək təbii qaz axtarışları üçün lisenziya verib. Ancaq nə Türkiyə, nə də Şimali Kipr Türk Cümhuriyyəti Cənubi Kiprin bu addımının qəbul edir. Türkiyə xüsusilə yunanların “3-cü bölgə” adlandırdığı ərazidə təbii qaz axtarışlarının ciddi bir böhran yaradacağı barədə xəbərdarlıq edib.

İlk dəfə ötən ilin fevralında İtaliyanın ENİ şirkətinə aid “Saipem 12000” platforması təbii qaz axtarışları üçün Şimali Kipr Türk Cümhuriyyətinin sahillərində yerləşən “3-cü bölgə”yə gəlib. Türkiyənin döyüş gəmiləri şirkətlərin fəaliyyətinə mane olub. Nəticədə, ENİ bölgədə təbii qaz axtarışlarından imtina etməyə məcbur olub.

İtaliya, Fransa, İngiltərə, Almaniya və Maltanın bölgədə təbii qaz axtarışlarına Cənubi Kiprlə yanaşı, Yunanıstan da dəstək verir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov