Prezident İlham Əliyev Nazirlər Kabinetinin dünən keçirilmiş iclasında bəyan edib ki, Azərbaycan xaricdən silah və hərbi texnikanın alınması üçün yeni müqavilələr bağlamaqdadır.
“Mən giriş sözümdə qeyd etdim ki, biz hərbi potensialımızın möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görmüşük. Bu il də istisna olmayacaq. Artıq yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ölkəmizə müasir silahlar, texnikalar gətirilir. Yəni, bu məqsədlər üçün biz nə qədər lazımdırsa, o qədər də vəsait ayıracağıq”-İlham Əliyev deyib.