Xəbər lenti



Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Müdafiə Nazirliyi və Mətbuat Şurasının birgə tədbiri keçirib.

 

Musavat.com-un məlumatına görə, müdafiə nazirinin müavini general Kərim Vəliyev, idarə rəisi general Rasim Əliyev, MN-in mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının iştirakı ilə keçirilən tədbirdə Mətbuat Şurasının idarə heyətinin üzvləri bə 50-yə yaxın media təmsilçisi iştirak edib. Tədbirdə Müdafiə Nazirliyinin rəhbərləri, idarə rəisləri də iştirak edib.

Verilən xəbərə görə, media kapitanları ilə hərbçi zabitlər arasında maraqlı müzakirələr, polemikalar gedir. Tərəflər hərbi mövzuların işıqlandırılmasına dair fikir mübadiləsi aparıblar. Müdafiə Nazirliyinin rəhbərliyi KİV rəhbərlərinin bütün sual və iradlarını cavablandırıb.

Eyni zamanda, AXC -nin 100 illiyi ilə bağlı yazı müsabiqəsinin keçirilməsi də razılaşdırılıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov