Xəbər lenti

Ermənistan Müdafiə Nazirliyinin 53 yaşlı polkovniki D.Karenə məxsus avtomobil güllələnib . 

 Bizimaz.az  "Shamshyan.com”a istinadən  xəbər verir ki, insident gecə saat 03:10 radələrində İrəvanda baş verib.
Belə ki, naməlum şəxslər polkovnik Karenin yaşadığı evin həyətənə gələrək ona məxsus “Nissan Pathfinder” markalı avtomobili güllə atəşinə tutublar. Nəticədə avtomobililn şüşələri, qapıları və yük yerinə ciddi ziyan dəyib. İnsidentin sui-qəsd niyyətilə həyata keçirildiyi deyilir.

Əmlakına hücumla bağlı erməni polkovnik Nor Nork polis bölməsinə məlumat verib. Faktla bağlı cinayət işi açılıb, hücum edənlərin kimlikləri müəyyənləşdirilir. 

Qeyd edək ki, D.Karen həm də Ermənistan Müdafiə Nazirliyi idarəsinin rəis müavinidir.


© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov