Xəbər lenti

Ordumuzun nəzarətə götürdüyü Sarıbaba dağı...

Sosial şəbəkədə Ordumuzun avqustun 3-ü keçirdiyi antiterror əməliyyatında nəzarətə götürdüyü Sarıbaba dağının möhtəşəm görüntüsü yayılıb.

 

Bizimaz.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, bununla bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov paylaşım edib.

O qeyd edib ki, fotonu bu ilin yanvarında dağın şimal-qərbindən - doğulduğu Mayıs kəndindən, təxminən 20 km məsafədən çəkib: “Sarıbabanın görünən tərəfi Laçındır. Arxası isə Şuşa ərazisidir. Dünənki əməliyyatda dağın arxası da çaqqallardan təmizlənib. Ordumuza eşq olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Qeyd edək ki, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. 

 

 

 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov