Kəlbəcərdə itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırova şəhid statusu verilib.
Bizimaz.az bildirir ki, bu barədə "Qafqazinfo"ya Müdafiə Nazirliyindən bildirilib.
Xatırladaq ki, yanvarın 29-da 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən ərazidə istiqaməti itirərək azıb. Aparılan axtarışlar zamanı həmin gün kiçik çavuş Hüseynov Cavid Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu sağ tapılıb, hərbi hospitala yerləşdirilib. Dünən isə axtarışlar zamanı baş leytenant F.Bağırovun nəşi tapılıb.
Qeyd edək ki, F.Bağırov 1991-ci ildə Şirvan şəhərində doğulub. 2009-2013-cü illərdə Ali Hərbi məktəbdə təhsil alıb, ixtisasca rabitəçi olub. Ailəli idi, bir oğlan və bir qız övladı yadigar qalıb.