Vətən müharibəsinin ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Bizimaz.az bildirir ki, bu barədə BAKU.WS-ə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərlərinə gül dəstələri düzülüb.