Gorus-Qafan yolunun Zeyvə-Şurnux yaşayış məntəqələri arasında yerləşən hissəsində Azərbaycan yeni lövhə quraşdırıb.

 

Bizimaz.az -in “oxu.az”a istinadən məlumatına görə, Ermənistan KİV-ləri yazır ki, lövhədə üç dildə - Azərbaycan, rus və ingilis dillərində “Diqqət! Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz!” sözləri yazılıb.

Ermənistanda isterik vəziyyət getdikcə alovlanır, ölkə müharibədəki məğlubiyyətdən sonra dərin intellektual böhran da keçirir.

Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycan ərazisindən keçməsi, İranla Ermənistanın quru əlaqəsində marşrutların hərəkətinə Azərbaycanın nəzarəti İrəvanda təşvişi dərinləşdirir.

Azərbaycanın Gorus-Qafan yolunda polis postu quraşdırması, İrandan gələn avtomobillərin yoxlanılması və onların sürücülərindən gömrük rüsumunun alınmasından sonra yeni lövhə quraşdırılması da Ermənistanı seçim arasında qoyur: ya sülh sazişinə razı olmalısan, ya da öz məhvini sürətləndirəcəksən.

Bunlar hələ Azərbaycanın müstəsna hüququnun yumşaq gücləridir. Yəni, daha çox psixoloji təzyiq kimi dəyərləndirilə bilər.