Sentyabrın 6-7-də Türkiyənin Konya şəhərində ənənəvi “Turaz Şahini” hərbi təlimləri keçiriləcək.
Bu barədə Türkiyə Müdafiə Nazirlilyindən məlumat verilib.
Təlimlərdə iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinə aid iki ədəd Miq-29 və iki ədəd Su-25 təyyarələri, həmçinin 78 nəfərlik şəxsi heyət artıq Konyaya gəlib.
Nazirliyin sosial şəbəkə səhifəsindən bu barədə məlumat paylaşılıb və “Qardaşlarımıza xoş gəldiniz deyirik”, - yazılaraq qeyd edilib.
Bununla yanaşı, səhifədə Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən hər iki qardaş ölkə hərbçilərinin Azərbaycanda keçirilən birgə təlim-məşqlərindən də görüntülər dərc edilib.